Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri və təşkilatın üzvləri "Ana Harayı” abidəsini ziyarət edib
Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və təşkilatın üzvləri Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana Harayı” abidəsini ziyarət edib.
Zeferinfo.az xəbər verir ki, bu barədə "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Birlik üzvləri "Xocalı soyqırımı” abidəsinin önünə gül dəstələri qoyub, soyqırım qurbanlarının ruhuna dualar oxuyublar.
"Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə Birliyin mətbuat xidmətinə açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin son illər ermənilərin iç üzünü açan Xocalı soyqrımının dünyaya tanıdılması istiqamətində apardığı siyasət təqdirolunandır. Birlik sədri bu sahədə xüsusən də Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan "Xocalıya Ədalət” kampaniyasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!