“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” ictimai birliyinin sədri Bəhruz Məmmədzadə təltif edilib

“Xususi teyinatlilarin qazileri, sehid aileleri ve veteranlari” ictimai birliyinin sedri Behruz Memmedzade teltif edilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” ictimai birliyinin sədri Bəhruz Məmmədzadəni 44 günlük şanlı İkinci Qarabağ Savaşında göstərdiyi şücaətlərə, qəhrəmanlıqlara, eyni zamanda, ehtiyata buraxıldıqdan sonra ictimai fəaliyyətinə "Həzi Aslanov" medalı ilə təltif edib.

 

Zeferinfo.az xəbər verir ki, bu barədə "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” ictimai birliyinin mətbuat xidmətindən məlumat yayılıb.

 

Qeyd edək ki, Bəhruz Məmmədzadə Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocəvənd və Şuşa istiqamətlərində vuruşub.

 

Zeferinfo.az