“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” ictimai birliyinin idarə heyəti və Rövşən Rzayev arasında görüş olub

“Xususi teyinatlilarin qazileri, sehid aileleri ve veteranlari” ictimai birliyinin idare heyeti ve Rovsen Rzayev arasinda gorus olub

 “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” ictimai birliyinin sədri Bəhruz Məmmədzadə idarə heyəti ilə birgə Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşüb.

 

Zeferinfo.az xəbər verir ki, bu barədə ictimai birliyin mətbuat xidmətindən məlumat yayılıb.

 

Bildirilib ki, Bəhruz Məmmədzadə Rövşən Rzayevi dövlətçiliyin, vətənpərvərliyin yüksək səviyyədə təbliğinə, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqətinə görə təltif və fəxri üzv vəsiqəsini təqdim edib.

 

Zeferinfo.az