"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin Hesabat Yığıncağı keçirilib
23 yanvar 2025-ci il tarixində "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin növbəti hesabat yığıncağı baş tutmuşdur. Tədbirdə birliyin fəxri üzvlərindən olan millət vəkilləri, birliyin rayonlar üzrə təyin olunmuş nümayəndələri, eləcə də yerli media mənsubları yaxından iştirak etmişdir.
Yığıncaq gedişati zərfində birliyin sədri Bəhruz Məmmədzadə cıxış edərək son iki illik fəaliyyət barədə ətraflı hesabat təqdim etmişdir. Həmçinin növbəti iki illik planlarla bağlı müzakirələr keçirilmişdir. Görüləcək işlər arasında şəhid ailələrinə və qazilərə hədəflənmiş yeni sosial proqramların həyata keçirilməsi, eləcə də gənclər arasında maarifəndirmə fəaliyyətlərinin genişləndirilməsi yer almışdır.
Tədbirin davamında birliyin idarə heyətinin yeni tərkibi rəsmi olaraq ictimaiyyətə təqdim olunmuş və üzvlərin yeni təyinatı ictimai birlik üzvləri tərəfindən razılıqla qarşılanmışdır.