"Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İB-nin üzvləri şəhidləri yad edib
"Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İctimai Birliyinin üzvləri və təşkilatın gənclər şöbəsinin üzvləri olan tələbə-gənclər 27 Sentyabr Anım Günü ilə əlaqədər olaraq Azərbaycanın Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi, şəhidlər xiyabanını ziyarət edib onların ruhlarına dualar oxuyublar.
Zeferinfo.az xəbər verir ki, sabah 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən II Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin Anım Günüdür.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir.