Xüsusi Təyinatlı Qazilərimiz iftar süfrəsində bir araya gəldi – FOTOLAR

Xususi Teyinatli Qazilerimiz iftar sufresinde bir araya geldi – FOTOLAR

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları ” İctimai Birliyinin təşkilatçılığı ilə “Dost qapısı” restoranında iftar süfrəsi təşkil edilib. İftar süfrəsində 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan qazilərimiz iştirak edib. Əvvəlcə vətənimizin azadlığı uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları ” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə qaziləri salamlayıb, döyüşlərdə şəhid olanları rəhmət diləyib. Bəhruz Məmmədzadə qazilərimizi Müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edib.