Xüsusi icra məmuruna dair müsabiqənin keçirilməsi qaydası müəyyənləşəcək

Xususi icra memuruna dair musabiqenin kecirilmesi qaydasi mueyyenlesecek

Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi qaydaları hazırlanacaq.

Zeferinfo.az -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Xüsusi icra məmurları haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay ərzində xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi qaydalarını hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. .