Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları təsdiqlənib QƏRAR

Xususi Icra Memurlarinin Reyestrinin aparilmasi Qaydalari tesdiqlenib QERAR

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları” təsdiq edilib.

Zeferinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Bu qaydaların məqsədi xüsusi icra məmurlarının siyahısının müəyyən edilməsinin və onlar barədə məlumatların əldə olunmasının təmin edilməsidir. Fərdi məlumatların Reyestrdə toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək. Reyestr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılan, aparılan, idarə olunan məlumat bazasıdır.

Qaydaya əsasən, fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurları barədə məlumatlar istisna olmaqla, Reyestrə daxil edilmiş məlumatlar açıq informasiyaya aiddir, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və daim yenilənir. Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun icra olunacaq.