Xocalı Şahidlər danışır kitabı 12- ci dildə təqdim olundu
Azərbaycan Dillər Universitetində olan Pakistan mədəniyyət mərkəzində Pakistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Zeferinfo.az xəbər verir ki, Pakistan Mədəniyyəti Mərkəzində keçirilən tədbir səfir Bilal Hayeenin açılış nitqi ilə başlayıb. Xocalı faciəsi insanlığa və bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli hadisələrdən biri kimi xatırlanıb. Xocalı sakinləri Eldəniz Ağayev, Xatirə Mirzəyeva, Gülnar Kərimova, Eldəniz Ağayev, Xatirə Mirzəyeva, Gülnar Kərimova, şəhid Qasım Məmmədhəsənovun atası - Bilal Məmmədhəsənov 32 il əvvəl Xocalıda baş verən hadisələri, ermənilərin törətdikləri vəhşilikləri ürək ağrısı ilə yada salıblar.
Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı, şair-publisist, Prezident təqaüdçüsü: Azadə Novruzov, tarix elmləri doktoru Eynulla Mədətli, dosent Aydan Xəndan, urdu dili mütəxəssisi Rövşən Şirxanlı, dosent Vəfa Abdullayeva-Nəbiyeva, qarabağ qazisi Rüxsarə Cumayeva, gənc fəal Ruslan Qasımov da iştirak ediblər.
Həmçinin tədbirdə Prezident təqaüdçüsü, yazıçı İradə Əlilinin urdu dilinə tərcümə olunmuş "Xocalı: Şahidlər danışır" kitabı da təqdim olunub.
Kitabın urdu dilinə tərcüməsi Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi və dissertantı Amalya Paşayevaya məxsusdur.
Onu da qeyd edək ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təsisçilərindən biri, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev bu kitabı İsveç dilinə tərcümə edəcək. Növbəti 13 -cü dili İsveç dili olacaq.