XİN rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO

XIN rehberliyi Fexri ve Sehidler xiyabanlarini ziyaret edib - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov və Xarici İşlər Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Zeferinfo.az APA-ya istinadən  xəbər verir ki, Ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib.

Şəhidlər xiyabanı da ziyarət olunub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Ziyarətçilər Zəfər parkını və Zəfər abidəsini də ziyarət ediblər.

Xatırladaq ki, 9 iyul diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.