XİN-də iqlim fəaliyyəti üzrə xüsusi diplomatik bölmə yaradılıb

Azərbaycan Xarici İşlər Nazirliyində iqlim fəaliyyəti ilə bağlı xüsusi diplomatik bölmə yaradılıb.
Zeferinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən tədbirdəki çıxışında deyib.
XİN rəhbərinin müavini BMT-də bir sıra ölkələrin nümayəndələri ilə görüş keçirildiyini və bu ölkəlırin bəzilərini iqlim fəaliyyət planı yaratdığını qeyd edib.
Yalçın Rəfiyev iqlim fəaliyyəti ilə əlaqədar öhdəlik götürən ölkələri öz öhdəliklərinə əməl etməyə çağırıb. Və “COP 29” irsinin davam etdirilməli olduğunu vurğulayıb.