XİN başçısı: Rus Evi Azərbaycanda rəsmi qeydiyyatı olmadan fəaliyyət göstərib
"Rus Evi Azərbaycanda rəsmi qeydiyyatı olmadan fəaliyyət göstərib".
Zeferinfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Qanunvericiliyə əsasən, hər bir təsisatı ölkədə yalnız Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərə bilər. Rusiya tərəfi onun ləğvi üçün əməkdaşlar göndərib və Azərbaycan tərəfi də lazımi dəstəyi təmin edib. Rus Evi ölkəmizdə ləğv edilib”,- o qeyd edib.