Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib

Xarici Isler Nazirliyi Agdaban faciesi ile bagli paylasim edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamının 33-cü ildönümü ilə bağlı paylaşım edilib.

Zeferinfo.az xəbər verir ki, paylaşımda deyilir:

"Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamından 33 il ötür.

1992-ci ildə 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən yerlə yeksan edilərək tamamilə məhv edilib, 779 nəfər kənd sakini işgəncələrə məruz qalıb, 32 nəfər isə amansızlıqla qətlə yetirilib.

Ermənistanın və onun himayə etdiyi silahlı birləşmələrin Azərbaycanlılara qarşı törətdiyi cinayətlərin növbəti bir təzahürü olan Ağdaban faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq.

Allah rəhmət eləsin!"