Xaricdə yaşayan azərbaycanlılar üçün ana dili dərslərinə başlanılır
Zeferinfo.az xəbər verir ki, II yarımil üzrə dərslərin 1 fevral 2026-cı il tarixində başlaması planlaşdırılır.
Bildirilib ki, tədris proqramı yalnız dil bacarıqlarının inkişafını deyil, eyni zamanda Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəni irsi haqqında sistemli biliklərin aşılanmasını da əhatə edir.
Qeyd olunub ki, qeydiyyat üçün son müraciət tarixi 28 yanvar 2026-ci ildir.
Proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat verilir.