Xanım nazir Azərbaycana ilk səfərini EDƏCƏK
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana ilk rəsmi səfərini edəcək.
Zeferinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Boçorişvili Bakıya 2 günlük səfəri çərçivəsində XİN rəhbəri Ceyhun Bayramovla həm təkbətək, həm də geniş tərkibdə görüş keçirəcək.
Gürcü nazir iki ölkə arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 10-cu iclasında iştirak edəcək.
Qeyd edək ki, M.Boçorişvili 2024-cü ilin noyabrından Gürcüstanın XİN rəhbəridir.