Xalq artistinin oğluna yüksək vəzifə verildi

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib.
Zeferinfo.az xəbər verir ki, Manset.az-ın məlumatına görə, bu vəzifəyə Hikmət Abdullayev gətirilib.
Qeyd edək ki, Hikmət Abudllayev Xalq artisti Ağaxan Abdullayevin oğludur.
O, 2015-2019-cu illərdə Azərbaycan Milli Konservatoriyasının “Xalq Çalğı Alətləri” fakültəsində kamança ixtisası üzrə təhsil alıb.
2019-cu ildən etibarən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllim olaraq fəaliyyət göstərir.