Xalq artisti Əminə Yusifqızı vəfat edib

Xalq artisti Emine Yusifqizi vefat edib
Xalq artisti Əminə Yusifqızı vəfat edib.

Bu barədə Zeferinfo.az-a  Xalq artistinin yaxınları məlumat verib.

Qeyd edək ki, Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda anadan olub.

Uzun illər Azərbaycanda fəaliyyət göstərən bir sıra teatrda, eləcə də "Azərbaycanfilm" kinostudiyasında çalışıb.

O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb.

Əminə Yusifqızı 2016-cı il 14 sentyabrında Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif edilib.