Vilayət Eyvazov Qusarda qəbul və sıra baxışı keçirib
![Vilayet Eyvazov Qusarda qebul ve sira baxisi kecirib](https://zeferinfo.az/uploads/2025/02/2-880.jpg)
Bu barədə Zeferinfo.az-a DİN-in Mətbuat Xidmətindən məluumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Qusar rayonundakı Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Sonra Qusar Rayon Polis Şöbəsində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından qəbula gələn 335 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib. Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Vətən müharibəsinin 34 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 263 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.