Vətənə canını fəda edən oğulllarımız: Şəhid Tural Əmiraslanın həyat hekayəsi…

Vetene canini feda eden ogulllarimiz: Sehid Tural Emiraslanin heyat hekayesi…

Ağlımız kəsəndən hər gün atəş səsinə oyandıq. Doğulduğum kənddə hər zaman insanları ayaq üstə döyüşə hazır gördüm. Biz bax belə böyüdük. Yuxudan top səsinə oyandıq. Hər gün kiminsə şəhid xəbəri də adiləşdi. Hər gün yeni bir şəhid haqqında kiçik məktəbli olaraq yazmağa başladıq. Amma bizim də uşaqlıq arzularımız var idi, axı…

Bizdə arzularımızın ardınca addımlamağa çalışdıq. Şəhid xəbərlərini tale yazısı sandıq. Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısı idi bizimüçün. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana – əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də…

Bu müharibənin ən qaynar nöqtəsi oldu, doğulduğumuz bu kənd, bu rayon… Beyləqan elə bil son sığınacaq idi. Bu sığınacaqdakı uşaqlar isə özləri üçün şəhidlik kəfənini geyinən cəngavərlər idi…

O cəngavərlərdən biri haqqında danışmaq istəyirəm. Şəhid Tural Əmiraslanlı haqqında…

Müharibənin yeni şiddətləndiyi bir dövrdə 1991-ci ildə doğulanda ata-anası ona Tural adı qoydu. Arzuları çox idi. Amma Tural elə müharibənin içində böyüdü, mətinləşdi.  Tural orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetində ali təhsil aldı. Universiteti bitirdikdən sonra isə hərbi xidmətə çağırıldı. O, xidmət etdiyi müddətdə dəfələrlə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisindəki təmas xəttinə yaxın ərazilərdə yaşayan yerli sakinlərə qarşı keçirdiyi əməliyyatların qarşısının alınmasında iştirak etdi. 2015-ci ildə düşmən tərəfinin yenidən Azərbaycana qarşı həyata keçirdiyi növbəti təxribatın qarşısını alarkən şəhid olub.

Dünən fevralın 4-də Turalın şəhadətə yüksəldiyi gün idi. Yaxınları doğmaları bu dəfə də şəhidimizi ziyarət etdilər. Dualar oxundu.

Ruhun şad olsun şəhidim!

image-1 image-2 image-3 image-4 image-6 image-7 image-8