Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti ilə bağlı dəfələrlə bizə də şikayət müraciətləri edilir. Bəzi yerlərdə avtobus zolaqları, onların yaratdığı tıxaclar və məcburi cərimələrlə bağlı şikayətlər var.
AYNA-nın insanlardan verib də ala bilmədiyi nədir?
Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açqılamasında bildirib ki, bu cür qurumlar publik hüquqi şəx kimi fəaliyyət göstərirlər:
“Belə olan halda nə qədər cərimə çox olarsa, o qədər daha çox büdcə vəsaitlərini artırırlar. Vətəndaşa haqsız cərimələr yazılmaqla zərbələr vurulur. Burada ilk növbədə vətəndaşın maraqlarını həm də önə çəkməliyik.
Təbii ki, dövlətin maraqları önəmlidir, amma vətəndaşı da diqqətdən kənarda saxlamamalıyıq. Ona görə də bu qanunsuz cərimələrin götürülməsinin sadə mexanizmi düşünülməlidir. Yəni dərhal müraciət olunduqda, avtomatik bu cərimələr götürülməlidir. Yoxsa belə boşuna buraxsan, vətəndaşa cərimə üstünə cərimə gələndə bu vətəndaşın yoxsullaşmasına səbəb olur. Bu da dövlət olaraq marağımızda deyil”.
Deputat qeyd edib ki, hər bir məsələ insanların rifahı üçün əsas götürülür:
“Hətta, nəqliyyat belə nə üçündür? İnsanların rifahını düzəltmək üçündür. İnsanların müəyyən dərəcədə öz həyat şəraitini yaxşılaşdırmaq, hansısa bir işə tez çatmaq üçündür.
Əgər vətəndaş öz avtomobili ilə harasa hərəkət edirsə və hər dəqiqə cərimə yazılırsa, vətəndaş sonra bunun əzabını çəkir. Yəni bunları mütləq düşünməliyik və ona görə də reaksiya verməliyik.
Hesab edirəm ki, təbii ki, qanunsuz cərimə yazıla bilər, amma bunun ortadan qaldırılma mexanizmi düşünülməlidir”.
Leyla Turan: Demokrat.az