Vətən Müharibəsi Qəhrəmanının qızı Azərbaycan çempionu oldu -FOTO

Veten Muharibesi Qehremaninin qizi Azerbaycan cempionu oldu -FOTO

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyevin  qızı Ləman Niftəliyeva  daha bir uğura imza atıb.

 

Zeferinfo.az Vətəninfo-ya istinadən xəbər verir ki, Ləman Niftəliyeva Cudo üzrə Respublika cempionatında öz çəkisində ölkə çempionu olmağı bacarıb.

 

Mehrab Söhrab oğlu Niftəliyev 13 may 1985-ci ildə Quba rayonunun Qam-Qam kəndində anadan olub. O, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi Vətənə xidmət edib, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub. 44 günlük Vətən müharibəsində noyabrın 8-i Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb.