Vətən müharibəsi iştirakçısı vəfat etdi  

Veten muharibesi istirakcisi vefat etdi  

Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşı vəfat edib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.

Bildirilib ki, qurumun Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət şöbəsində çalışan Vüsal Qurbanlı eyni zamanda Vətən müharibəsi iştirakçısı olub.

Yaxınlarının bildirdiyinə görə, V.Qurbanlının sağlamlığında heç bir problem olmayıb.
O, ayaqqabısını bağlamaq üçün əyilib və bu zaman qəfil vəfat edib. Mərhum ailəli olub, 2 övladı var.