Vətən müharibəsi iştirakçısı vəfat etdi

Azərbaycan Ordusunun ehtiyatda olan zabiti dünyasını dəyişib.
Zeferinfo.az bildirir ki, "Unikal"ın məlumatına görə, 1974-cü il təvəllüdlü baş leytenant Pərviz Babayev ötən gün ürək tutmasından vəfat edib.
Mərhum 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Ailəli idi, 3 övladı var.