Vətən müharibəsi iştirakçısı Ceyhun Novruzov yeni kitabının təqdimatına hazırlaşır

Veten muharibesi istirakcisi Ceyhun Novruzov yeni kitabinin teqdimatina hazirlasir

Vətən müharibəsinin iştirakçısı, Murovdağ yüksəkliyində aparılan döyüşlərdə top komandiri kimi xidmət etmiş, "Kəlbəcərin azad olunması" və "Vətən uğrunda" medalları ilə təltif olunmuş Ceyhun Novruzovun yeni kitabının təqdimatı olacaq.

Zeferinfo.az xəbər verir ki, kitab Azərbaycanın son 30 ildə keçdiyi yolu – o cümlədən II Qarabağ müharibəsini – fəsillərə bölünmüş şəkildə izah edir. Hər fəsildə ölkəmizin yaşadığı siyasi, ictimai və hərbi mərhələlər, çətinliklər və zəfərlər ardıcıl və axıcı şəkildə göstərilir. Müəllif Azərbaycanın işğal dövründən zəfərə gedən yolunu simvolik başlıqlar altında təsvir edərək, xalqın mübarizəsini və liderlərin tarixi rolunu oxucuya çatdırır.

"Öç" adlı giriş hekayəsindən başlayan kitabda işğal dövrünün acıları və xalqın mübarizəsi ön plana çıxarılır. "Xaos" və "Qaranlıq" fəsillərində SSR dövrünün sonu və 20 Yanvar faciəsi təsvir olunur. "Xilaskar" bölməsində Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası geniş şəkildə əks etdirilir.

"30 ilin tənhalığı" fəsli xalqımızın həsrətini, "Əsrin sərkərdəsi" isə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfəri əhatə edir.

Ceyhun Novruzovun adı çəkilən əsəri həm tarix, həm vətənpərvərlik, həm də xalq yaddaşı baxımından dəyərli töhfə kimi qiymətləndirilir.