Veb resurslarında müvəqqəti dayanma baş verib - ETX

Veb resurslarinda muveqqeti dayanma bas verib - ETX
Bu gün “Cloudflare”in qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə “Cloudflare” xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib. 

Bu barədə Zeferinfo.az-a Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib. 

Bildirilir ki, dayanmalara səbəb kimi “Cloudflar”in son günlərdə “Aisuru botnet” tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir. 

Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.

Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.

Back To Top