Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatında bildirilir.
“Araşdırmalar göstərir ki, uşaqlıqda sağlam qidalanma vərdişləri böyüdükdə davam edir. Ona görə valideynlər uşaqların menyusuna meyvə, tərəvəz, zülallı məhsullar və sağlam içkilər əlavə etməklə onların həm təhsil uğurlarına, həm də sağlam gələcəyinə töhfə verə bilərlər. AQTA “Sözdən əmələ keç, sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində uşaqların sağlam gələcəyini nəzərə alaraq addımlar atır və hər kəsi həmin təşəbbüsə qoşulmağa dəvət edir!”, - deyə məlumatda bildirilir.