Zeferinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı məlumat verib.
İnfeksionist deyib ki, uşaqların orqanizmi daha kövrək olduğundan, daha diqqətli olmsaq lazımdır.
Onun sözlərinə görə, antibiotiklərin saxlanma şəraiti, dərmanın keçərlilik müddəti nəzərə alınmalıdır.
"Uşaqlarda qızdırma halları daha çox viral infeksiyalardan olur. Belə hallarda valideynlər özləri antiotikdən istifadə edilər. Bu isə yanlışdır. Antibiotikin qızdırmanı aşağı salma funksiyası yoxdur. Həkim təyinatı olmadan uşaqlara antibiotik qəbul etdirmək çox ciddi risklidir", - deyə Təyyar Eyvazov qeyd edib