Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikası Konstitusiyasının müasir dövrümüzdə inkişaf perspektivləri

Umummilli Lider Heyder Eliyev ve Azerbaycan Respublikasi Konstitusiyasinin muasir dovrumuzde inkisaf perspektivleri
 

Dünya miqyasında ictimai-siyasi və görkəmli dövlət xadimləri arasında mühüm yer tutan Azərbaycan Respublikası tarixidə öz misilsiz xidmətlərinə görə dərin iz buraxan Ümummilli liderimiz Heydər Əliyev müasir dövrün ən  qabaqcıl simalardan bir olmuşdur.

Öz fenomenal yüksək intellektual keyfiyyəti, idarəçilik qabiliyyəti, uzaq görən siyasəti, kritik məqamlarda mühüm strateji qərarlar qəbul etmək, saf və təmiz vicdanla xalqa xidmət etmək onun üstün keyfiyyətləri hesab olunurdu. Azərbaycan xalqının və dövlətçiliyinin tarixində böyük xidmətlər göstərməyə başlayan, yüksək dinamizmə, insani keyfiyyətlərə, potensial keyfiyyətlərə və  qabiliyyətinə malik olan bu fenomenal şəxsiyyət özündə bu gün də xalqımızın obrazını təcəssüm etdirir. Siyasi hakimiyyətdə təmsil olunmaq hələ tam dəyər hesab edilmədiyi kimi,  hər bir vətəndaşın və xalqın həmişə yanında olmaq, onların qayğısına və dərdinə şərik olmaq onun əsl həyat prinsipləri və devizi olmuşdu. Çünki Ümummilli Liderimiz sadə xalq içərisindən çıxmışdı bu isə onu məhz xalqını, millətini və dövlətçiliyini sevən və ona  sadiq qalan, habelə  yorulmadan qulluq göstərən bir müdrik dövlət xadiminə çevirmişdi. Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə İttifaq Respublikaları içərisində onun Azərbaycan xalqı üçün göstərdiyi misilsiz rəşadət və ölkənin siyasi, iqtisadi, sosial, mədəni və mənəvi həyatında   maksimum imtiyazlar almaq, onu xalqımızın müqəddəratı və gələcəyi üçün sərf etmək onun qarşısında duran əsas öhdəliklərdən biri olmuşdu. Məhz vaxtı ilə qapalı imperiya dövlətinin tərkibində Respublikanın mənafeyinə görə onun tərəfindən atılan riskli addımlar, ondan qadağan edilmiş qaydalara  qarşı əzm göstərərək geniş miqyaslı imtiyazlar almaq sosializm reallıqlarında təsəvvürü ediləcək hallar deyildi. Məhz Heydər Əliyev Bu sahədə görülən çoxlu sayda işlərin və xidmətlərin bütün dövrlərdə bu gün də xalqımızın təsəvvüründə  canlanması ona qarşı olan ülvi sevginin təzahür formasıdır.

1969-cu il iyul ayının 14-də Sovet hakimiyyəti illərində siyasi arenaya çıxan H. Əliyev 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının yeni, sayca üçüncü Konstitusiyasının qəbulunda yeni müddəaların təsbit edilməsinə nail olmuşdu. Bu normalar əsasən sosializm demokratiyasının inkişafı, cəmiyyətin ictimai-siyasi həyatının perspektivlərinin müəyyən olunması, elmı-texniki tərəqqi, iqtisadi dirçəliş, xalqın rifahının yüksəldilməsi, dövlət və cəmiyyət işlərinin idarə olunmasında zəhmətkeşlərin getdikcə daha geniş miqyasda iştirakı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ictimai təşkilatların fəallığının yüksəldilməsi, xalq nəzarətinin gücləndirilməsi, aşkarlığın genişləndirilməsi və ictimai rəyin inkişafı kimi konsepsiyalar qoyulmuşdu. 1978-ci il Konstitusiyası Azərbaycan SSR-in milli-dövlət və inzibati-ərazi quruluşuna dair xüsusi bölmə ilə çıxış edirdi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, respublikanın Rusiyaya formal tabeçiliyinə baxmayaraq, bu münasibətlərdən dəfələrlə Azərbaycanın xeyrinə istifadə olunmuşdu. Azərbaycan Respublikasının Konstitusiya praktikası tarixində ilk dəfə olaraq Ali Sovetin daimi komissiyalarının statusu müəyyən edildi. Bu komissiyalara Ali Sovetin səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilib hazırlanmasında, qanunvericilik aktlarının həyata keçirilməsində, habelə dövlət orqanlarının və təşkilatlarının fəaliyyətinə nəzarət edilməsində mühüm imkanlar verilirdi. Azərbaycan SSR-nin yeni Konstitusiyasında şəxsiyyətin hüquqi statusuna, vətəndaşların əsas hüquq və azadlıqlarına həsr olunmuş bölmə başlıca yer ayrılmışdı ki, bu Respublikanın inkişafının müasir vəziyyəti nəzərə alınmaqla, qadınlarla kişilərin hüquq bərabərliyinin təmin edilməsinə dair Konstitusiya prinsipi daha dolğun şəkildə ifadə olunmuşdu. Konstitusiyanın 33-cü maddəsində Azərbaycan SSR-də qadın və kişinin bərabər hüquqlara malik olmaları qeyd olunurdu. Konstitusiya Azərbaycana SSRİ orqanlarında – o cümlədən Ali Sovet, onun Rəyasət Heyəti və hökumətdə iştirak hüququ verirdi. Respublika ittifaq tabeliyində olan müəssisələrin fəaliyyətini əlaqələndirir və nəzarətdə saxlayaraq, ümumdövlət məsələlərində öz rolunu gücləndirirdi. Çoxmillətli Azərbaycan SSR-də bütün xalqların nümayəndələri üçün optimal şərait yaradılmışdı və eləcə də Konstitusiya isə onlara bərabər təhsil və əmək hüquqları təmin edirdi. Konstitusiyaya ilk dəfə olaraq xarici siyasət və müdafiə sahəsinə dair müddəalar daxil edilmişdi. Xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də dil məsələsi idi. Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması təşəbbüsünə Ulu Öndər Heydər Əliyev şəxsən rəhbərlik etmişdi. Bu təşəbbüs Moskva tərəfindən ciddi etirazla qarşılanmışdı. Digər ittifaq respublikaları da Azərbaycan rəhbərliyini nümunə göstərərək, bənzər addımlar atmağa təşviq olunurdular. Rəsmi Moskva ilə aparılan danışıqlar olduqca gərgin keçsə də, Heydər Əliyev qətiyyətindən dönmədi. Nəticədə, 1978-ci ildə qəbul edilmiş Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili olduğu rəsmi şəkildə təsbit olundu.

Qeyd etmək lazımdır ki, Azərbaycan Sovet dövlətinin tərkibində qadın hüquqları sahəsində əldə edilmiş nailiyyətlər bir sıra aparıcı və demokratik ölkələri də qabaqlamışdı. Şərqin inkişaf etmiş dövlətlərindən biri olan Türkiyə Respublikasında qadın hüquqları məsələsi Azərbaycandan təxminən yarım əsr sonra həllini tapa bilmişdi. Bir çox Avropa ölkələrində isə qadınların səsvermə hüququ yalnız II Dünya müharibəsindən sonra rəsmi şəkildə tanınırdısa, bu sahədə Azərbaycanın qazandığı uğur, şübhəsiz ki, ən böyük nailiyyətlərimizdən biri hesab olunur.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının iqtisadi, mədəni və siyasi inkişaf sahəsində əldə etdiyi uğurlar birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu kontekstdə, Azərbaycan SSR-in yeni Konstitusiyası Naxçıvan MSSR-in statusunu tənzimləyən iki ayrıca fəsil nəzərdə tuturdu. Həmin Konstitusiyada vurğulanırdı ki, bu müddəalar Naxçıvan MSSR Konstitusiyası haqqında qanunvericilik qaydasında daha da inkişaf etdiriləcək və hüquqi baxımdan dəqiqləşdirilərək nizama salınacaqdır. Yeni Konstitusiya bir sıra mühüm normativ-hüquqi aktların işlənib hazırlanmasını, ilk növbədə isə Naxçıvan MSSR Konstitusiyasının qəbul edilməsini tələb edirdi. Bununla yanaşı, Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları Sovetlərinə seçkilər haqqında qanun layihələri, Ali Sovetin reqlamenti, Nazirlər Soveti haqqında qanun layihələri də hazırlanaraq ali dövlət orqanlarının müzakirəsinə təqdim edilmişdi.

Sosializm sisteminin çökməsi ilə 1992-ci ildən etibarən formalaşmağa başlayan yeni ictimai münasibətlər Azərbaycan Respublikasında bazar iqtisadiyyatı və kapitalizm ənənələri çərçivəsində müstəqil Konstitusiyanın qəbul olunması üçün ilkin zəmin yaratdı. Məhz buna görə də ikinci dəfə müstəqil Azərbaycan Respublikasının siyasi arenasında hakimiyyətə gələn H. Əliyev  yeni konstitusiya layihəsini hazırlayan komissiyanın sədri qismində, konstitusion müddəaların işlənib hazırlanması istiqamətində böyük rol oynamışdır. Prezident Heydər Əliyevin rəhbərliyi altında yaradılmış xüsusi komissiya tərəfindən Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyasının müddəaları hazırlanaraq ümumxalq müzakirəsinə çıxarıldı. Nəticədə, 12 noyabr 1995-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi və Konstitusiyanın 7-ci maddəsinin birinci hissəsinə uyğun olaraq, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublika kimi, dövlət quruluşu platformasına qədəm qoydu. Azərbaycanda dövlət quruculuğunun yeni konstitusion prinsipləri, dövlət hakimiyyəti orqanlarının demokratik və hüquqi ənənələr bazasında təşkili, xalqımızın çoxəsrlik tarixi inkişafının ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirilir. Yeni demokratik Konstitusiyanın qəbul olunmasında ortaya çıxan ən mühüm faktorlardan biri də ölkənin siyasi, iqtisadi, sosial, mədəni və mənəvi həyat tərzinin bazar münasibətləri əsasında yeni konstitusion hüquqi və demokratik dövlət quruculuğuna istiqamət götürməkdən ibarət idi. Azərbaycan Respublikası Konstitusiyasında  demokratik dəyərlər və insan hüquqları anlayışları digər dövlətlərdəki praktikadan müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Bu fərqlər, ilk növbədə, Konstitusiyada Azərbaycan xalqının, eləcə də burada yaşayan azsaylı xalqların milli adət-ənənələrinin, mənəvi dəyərlərinin və etik normalarının nəzərə alınması ilə bağlıdır. Belə yanaşma, Konstitusiyanın yalnız hüquqi sənəd deyil, həm də milli-mənəvi dəyərləri ifadə edən əsas norma toplusu olduğunu göstərir. Azərbaycan Respublikasının Konstitusiyasının hər bir müddəası etik normaların hüquqi formaya salınmış ifadəsidir. Həm Konstitusiyada, həm də Ulu Öndər Heydər Əliyevin çıxışlarında demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqları geniş şəkildə əks olunmuşdur. Ümummilli Liderin fikirlərində əsas vurğulardan biri ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı Konstitusiyaya və qanunlara əməl etməli, dövlət və cəmiyyət qarşısındakı vəzifələrini məsuliyyətlə yerinə yetirməli, milli-mənəvi dəyərləri qorumalı və dövlət quruculuğu prosesində fəal iştirak etməlidir. Müstəqillik dövrünün kontekstində Konstitusiya, demokratiya və insan haqlarına etik yanaşmanı təhlil etmək hüquqi, ictimai-siyasi və fəlsəfi baxımdan zəruri bir məsələdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquq sistemində, xüsusilə də Konstitusiya və insan hüquqları sahəsində mühüm dəyişikliklər həyata keçirilmiş, etik norma və dəyərlərin qorunması ön planda tutulmuşdur. Bu isə bir daha sübut edir ki, Azərbaycan dövləti yalnız hüquqi və demokratik prinsiplərlə deyil, həm də milli-əxlaqi dəyərlərlə silahlanaraq inkişaf etmişdir. Azərbaycan xalqı tarixən yalnız güclü dövlətçilik ənənələri və hüquqi mədəniyyəti ilə deyil, həm də etik davranış qaydalarına hörmətlə yanaşması, ümumbəşəri və milli dəyərlərə sadiqliyi ilə seçilmişdir.

Lakin SSRİ dövlətinin çökməsi və müstəqil demokratik Azərbaycan Respublikasının formalaşdığı dövrlər də dramatik hadisələrlə müşayiət edilmişdir ki, bu da ölkə tarixində bu problemlərin həlli üçün bir sıra referendum institutları tətbiqi ilə müşayiət olunmuşdu.

Azərbaycan Respublikasında konstitusion müddəaların inkişafı üçün hüquqi və siyasi bazanın daimi təkmilləşdirilməsi tələb olunur. Çünki xalqın hakimiyyətinin birbaşa demokratik formaları, əslində, seçicilərin siyasi və hüquqi fəallığını nümayiş etdirmələri üçün bir yoldur. Buna görə də, birbaşa demokratik fəaliyyətin institusionallaşması üçün yalnız hüquqi və siyasi mexanizmlərin mövcudluğu kifayət etmir. Əsasən, vətəndaş cəmiyyəti, seçicilərin fəallığı, siyasi dünyagörüşü, siyasi plüralizm, çoxpartiyalılıq və digər amillər nəzərə alınmalıdır.

Azərbaycan Respublikasında praktiki olaraq tətbiq olunan əsas institutlar arasında, demokratik inkişaf tarixində mühüm rol oynayan birbaşa demokratik institutlardan biri referendumlardır. Əslində, referendumlar Azərbaycan dövlətçiliyinin tarixində geniş inkişaf dinamikasına malik olmasa da, hazırda konstitusion referendumlar, konstitusion-hüquqi müstəvidə tənzimlənən yeganə institut olaraq qalır. Bunun əsas səbəbi isə, həm Azərbaycan Respublikasında, həm də keçmiş SSRİ-də referendumların konstitusion-hüquqi müstəvidə xüsusi bir mexanizmə malik olmaması idi. Bu sahədə əsas fəaliyyəti Xalq Deputatları Sovetləri həyata keçirirdi.

SSRİ tarixində ilk referendum, SSRİ-nin dağılma prosesini qarşısının alınmasına yönəlmişdi ki,  M. Qorbaçov 11 mart 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının (SovİKP MK) Baş katibi olaraq hakimiyyətə gəldikdən sonra, 1987-ci ildə perestroyka (yenidən qurma) və qlasnost (aşkarlıq) kimi siyasi konsepsiyalar SSRİ-nin dağılma prosesini daha da sürətləndirdi. Nəticədə, SSRİ-nin qorunub saxlanması ilə bağlı ümumittifaq referendumu 17 mart 1991-ci ildə keçirildi və sovet vətəndaşlarının 76%-i SSRİ-nin saxlanmasını dəstəklədi. Lakin, müttəfiq respublikalardan bir neçə ölkə (Moldaviya, Estoniya, Latviya, Litviya, Ermənistan və Gürcüstan) referendum keçirməkdən imtina etdilər. Bu səbəbdən referendum yalnız 15 respublikadan 9-da keçirildi. Lakin, 8 dekabr 1991-ci ildə SSRİ-nin dağılması prosesinin qarşısını almaq mümkün olmadı.

Azərbaycan Respublikasında isə ilk referendum 1991-ci il martın 17-də keçirilmişdi və məqsəd SSRİ-nin qorunub saxlanması ilə bağlı müttəfiq respublikalar arasında üstünlük qazanmaq idi. Referendumda verilən sual belə idi: „Siz SSRİ-nin yeni federasiya kimi saxlanılmasını dəstəkləyirsinizmi?“ Bu referendumda vətəndaşların 93,3%-i lehinə, 5,83%-i isə əleyhinə səs verərək adekvat nəticə kimi qiymətləndirilmədi.

5 dekabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Soveti, dövlət müstəqilliyi haqqında referendumun keçirilməsi barədə qərar qəbul etdi. İkinci referendum isə 29 dekabr 1991-ci il tarixində keçirildi və məqsəd Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsiydi. Referenduma çıxarılan əsas məsələ, Azərbaycan Respublikasında vətəndaşlar tərəfindən dövlət müstəqilliyi haqqında Ali Sovetin təklif etdiyi Konstitusiya Aktının dəstəklənməsi idi. Nəticədə, bu referendumda seçicilərin 99,58%-i lehinə, 0,2%-i isə əleyhinə səs verdi.

Bu xüsusiyyətlər Azərbaycan Konstitusiyasında öz əksini tapmış, dövlətin hüquqi əsasları ilə etik prinsiplər arasında harmoniya yaradılmışdır. Ulu Öndər Heydər Əliyev yeni Konstitusiyanın hazırlanması zamanı tarixi keçmişimizə istinad etməklə yanaşı, dünya dövlətlərinin demokratik və hüquqi təcrübələrindən istifadə etməyin vacibliyini vurğulamışdır. O, qeyd edirdi: “Azərbaycanın tarixi keçmişi, bugünkü reallıqları və gələcək perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir. Konstitusiya yaratmaq üçün, şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”.

1993-cü ilin 15 iyun tarixi Azərbaycan Respublikasının müstəqillik tarixində dönüş nöqtəsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin həmin gün siyasi hakimiyyətə qayıdışı ilə ölkədə hökm sürən dərin siyasi böhranın qarşısı alınmış, dövlətçiliyin dağılmaq təhlükəsi aradan qaldırılmışdır. Məhz bu tarixi hadisə müstəqil Azərbaycanın sabit və ardıcıl inkişafının əsasını qoymuşdur. Hər bir xalqın tarixində onun gələcək taleyini müəyyən edən mühüm məqamlar vardır. Azərbaycan xalqının müasir tarixində bu cür mühüm dönüş nöqtələrindən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün təkcə siyasi hadisə deyil, həm də dövlətçilik ənənələrinin yenidən bərpa olunması və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət ərzində ciddi daxili və xarici təzyiqlərlə üzləşmişdir. 1991–1993-cü illər ərzində ölkədə yaranmış siyasi qeyri-sabitlik, silahlı qarşıdurmalar, mərkəzi hakimiyyətin zəifləməsi, xalqla iqtidar arasında əlaqənin qırılması dövlət müstəqilliyini real şəkildə təhlükə altına almışdır. 1993-cü ilin iyun ayında vəziyyət kritik həddə çatmış, hakimiyyət böhranı və vətəndaş müharibəsi təhlükəsi ölkənin gələcəyini sual altına almışdır. Mövcud vəziyyət ölkə rəhbərliyinin siyasi iradə və liderlik keyfiyyətlərindən məhrum olduğunu, prosesləri idarə edə bilmədiyini üzə çıxardı. Cəmiyyət xaos, anarxiya və qeyri-müəyyənlik içərisində idi. Bu çətin şəraitdə xalqın çağırışı ilə Heydər Əliyevin Bakıya dəvət olunması və sonradan siyasi hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar olmağa başladı.

Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı dövlət idarəçiliyində ciddi keyfiyyət dəyişikliyi ilə müşayiət olundu. Qısa müddət ərzində hüquqi və siyasi islahatlara start verildi, dövlət strukturları bərpa olundu, ictimai-siyasi münasibətlərdə sabitlik yarandı. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorundu, demokratik inkişaf və hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı.  Milli Qurtuluş Günü yalnız siyasi sabitliyin təmin olunması ilə deyil, həm də hüquqi, iqtisadi və mədəni sahələrdə dövlətin əsaslarını formalaşdırmaq baxımından əlamətdardır. Məhz bu dövrdə qəbul edilən mühüm hüquqi sənədlər – o cümlədən 1995-ci il Konstitusiyası – Azərbaycanın demokratik inkişaf yolunu müəyyən etmiş, insan hüquq və azadlıqlarının təminatı, qanunun aliliyi prinsipləri möhkəmləndirilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci il tarixində referendum, ümumxalq səsverməsi, yolu ilə qəbul edildi.  Konstitusiya qanunvericilik sistemini, suverenliyi və ictimai münasibətlərin normativ-etik əsaslarda tənzimlənməsini təmin edən, ali və bırasa hüquqi qüvvəyə malik olan sənəddir. Konstitusiyada təsbit olunmuş suverenlik, demokratik prinsiplər və insan hüquqları yalnız bu günümüz üçün deyil, həm də gələcək nəsillər üçün strateji əhəmiyyət kəsb edir. Dövlətimizin bu fundamental dəyərlərini dərindən öyrənmək və təbliğ etmək gəncliyin və bütövlükdə cəmiyyətin vətənpərvərlik ruhunda yetişdirilməsi, hüquqi şüurun formalaşdırılması və dövlətçilik ideologiyasının gücləndirilməsi baxımından mühüm şərtdir. Hər bir vətəndaş Konstitusiya qarşısında öz hüquq və vəzifələrini dərk etməli, demokratik prinsipləri və insan hüquqlarını qorumaqda fəal mövqe nümayiş etdirməlidir. Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddə və 12 keçid müddəadan ibarətdir. Onun “Ümumi müddəalar” adlanan birinci bölməsi iki fəsli əhatə edir: “Xalq hakimiyyəti” (1–6-cı maddələr – bu fəsildə xalq hakimiyyətinin əsas prinsipləri və əlamətləri, eləcə də onun mahiyyəti izah olunur) və “Dövlətin əsasları” (7–23-cü maddələr – burada dövləti xarakterizə edən əsas elementlərin xüsusiyyətləri və onun fundamental əsasları ilə bağlı məsələlər tənzimlənir). Adından da göründüyü kimi, “Ümumi müddəalar” bölməsi ümumi xarakterli məsələlərin tənzimlənməsinə həsr olunmuşdur. Bu müddəalar xalq hakimiyyətinin ən mühüm məsələlərini, dövlətin iqtisadi, sosial, siyasi və hüquqi əsasları ilə bağlı ən vacib və fundamental münasibətləri tənzimləyir. Beləliklə, bu müddəalar cəmiyyətin sosial münasibətlər, iqtisadiyyat, siyasət və hüquqi ideologiyanı əhatə edən dörd əsas sahəsini özündə birləşdirir. Eyni zamanda, cəmiyyətin mənəvi əsasları ilə bağlı məsələlər (məsələn, din və dövlət münasibətləri – 18-ci maddə) də bu müddəalarda tənzimlənir. Başlanğıc (ilkin) müddəalar olmaqla, proqram xarakteri daşıyan bu postulatlar Azərbaycan Respublikası Konstitusiyasının digər maddələrində, eləcə də ölkənin bütün qanunvericilik aktlarının normalarında konkretləşdirilir, inkişaf etdirilir və daha geniş şəkildə izah olunur. Bu spesifik xüsusiyyətlərinə görə “Ümumi müddəalar” nəinki Konstitusiyanın, ümumilikdə Azərbaycanın qanunvericilik sisteminin əsasını təşkil edir. Obrazlı desək, onları sistemin “qida mənbəyi” adlandırmaq olar. Konkret nümunə ilə fikri izah edək: məsələn, Konstitusiyanın yalnız 7-ci maddəsinin III hissəsindən (dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünməsi prinsipi) üç böyük fəsli (V fəsil – qanunvericilik hakimiyyəti, VI fəsil – icra hakimiyyəti, VII fəsil – məhkəmə hakimiyyəti) əhatə edən digər bir bölmə – “Dövlət hakimiyyəti” törəmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2013-cü il 19 oktyabr tarixində keçirilmiş andiçmə mərasimindəki çıxışda qeyd olunan inkişaf meylləri, dövlətin son onilliklərdə demokratik dövlət kimi formalaşdığını bir daha təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyası ölkəni prezidentli respublika modeli çərçivəsində demokratik, hüquqi, dünyəvi və unitar prinsiplərə əsaslanan prezidial model kimi xarakterizə edir. Konstitusiyanın 1-ci maddəsinin I hissəsinə əsasən, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu ümumxalq suverenliyinin həyata keçirilməsi həm bilavasitə demokratiya (referendum, plebisit, ümumxalq təşəbbüsü və s.), həm də nümayəndəli idarəetmə (Milli Məclis və Prezident institutu) vasitəsilə baş tutur (maddə 2, I hissə). Bu çərçivədə yerli özünüidarəetmə orqanları dövlət hakimiyyəti orqanlarına daxil edilməsə də, xalqın yerli səviyyədə hakimiyyətin həyata keçirilməsində iştirakını təmin edən konstitusion-hüquqi institut kimi tanınır və Konstitusiyanın 142-ci maddəsində bu status təsdiqlənir. Demokratik prinsiplər çərçivəsində xalqın iradəsinin ifadəsi və dövlət hakimiyyətində təmsil olunması əsas mexanizmlərdən biri kimi nəzərdə tutulur. Xalqın suveren hüquqları Konstitusiyanın 2-ci maddəsinə uyğun olaraq, siyasi sistemin həm mənbəyi, həm də təşkilatçısı qismində müəyyən olunur. Buradan çıxış edərək, xalq ali hüquqi subyekt kimi demokratik dövlət quruluşunun bazis elementini təşkil edir. Bu, həmçinin onun heç bir digər orqan və ya şəxsə suveren hüquqlarını verməməsi ilə ifadə olunur. Bu baxımdan, dövlət hakimiyyətinin mənbəyi kimi yalnız Azərbaycan xalqı çıxış edə bilər. Konstitusiyanın 6-cı maddəsi xalq hakimiyyətinin mənimsənilməsinin yolverilməzliyi prinsipini təsbit edir. Həmçinin, 155-ci maddəyə əsasən, 1, 2, 6, 7, 8 və 21-ci maddələrə dəyişiklik və ya onların ləğvi yolverilməz sayılır. Bu isə xalqın ali suverenliyinin toxunulmazlığını və qorunmasını təmin edir. Z.A. Əsgərovun fikrincə, Konstitusiyanın 6-cı maddəsinə uyğun olaraq, hakimiyyətin mənimsənilməsi müəyyən qrupların öz maraqları naminə konstitusiyaya zidd şəkildə siyasi hakimiyyəti ələ keçirməyə cəhd etməsi kimi qiymətləndirilməlidir. Bu isə xalq arasında qarşıdurma yarada və dövlətçiliyin təməl prinsiplərinə zərbə vura bilər. Konstitusiyanın 2-ci maddəsinin II hissəsinə əsasən, xalq suveren hüquqlarını referendum və seçkili nümayəndəli orqanlar vasitəsilə həyata keçirir. Bu, konstitusion hüquqi statusun həyata keçirilməsinin ən sivil yoludur. Azərbaycan xalqının siyasi proseslərdə iştirakını təmin edən konstitusion mexanizmlər 1995-ci il Konstitusiyasında geniş şəkildə təsbit olunmuşdur Bütün bu müddəalar əsasında xalq hakimiyyətinin həyata keçirilməsi üç əsas institusional istiqamətdə baş verir: Bilavasitə, yəni xalqın birbaşa siyasi qərarların qəbulunda iştirak etməsi; nümayəndəli təmsilçilik; seçkili nümayəndələr vasitəsilə dövlət hakimiyyətinin həyata keçirilməsi; yerli özünüidarəetmə, bələdiyyələr və digər yerli qurumlar vasitəsilə hakimiyyətin həyata keçirilməsi.

Eyni zamanda, Konstitusiyanın 2-ci maddəsinin II hissəsində bilavasitə demokratiyanın müxtəlif formaları – referendum, ümumxalq müzakirəsi, təşəbbüs və s. – qeyd olunur. İnsan hüquq və azadlıqlarının aliliyi, ideoloji və siyasi plüralizm, çoxpartiyalı sistem və hüququn aliliyi bilavasitə demokratik sistemin əsas sütunlarıdır.

Müasir dövrdə konstitusion dövlətçiliyin müxtəlif dövlətlərdə fərqli hüquqi və siyasi çərçivələrdə formalaşmasına baxamayaraq, özünəməxsus demokratik inkişaf modelinə və xalq hakimiyyətinin reallaşma mexanizminə malik olmasına dəlalət edir. Məsələn, Almaniya Əsas Qanununun 20-ci, Fransa Konstitusiyasının 3-cü və İtaliya Konstitusiyasının 1-ci maddəsində xalq hakimiyyətinin bilavasitə və nümayəndəli formada həyata keçirilməsi nəzərdə tutulur. Bu isə ümumi tendensiya olaraq, demokratik dövlətlərdə xalqın ali hakimiyyət daşıyıcısı kimi tanınmasını əks etdirir. Bilavasitə demokratiya xalqın hakimiyyətin həyata keçirilməsində birbaşa iştirakını təmin edən mühüm vasitədir və müasir konstitusion dövlətlərin əsas prinsiplərindən biri hesab olunur. Azərbaycan Respublikasında bu forma xalqın ümumxalq dəyərlərinə, azadlıq və müstəqillik ənənələrinə, milli dövlətçilik məfkurəsinə söykənir. Referendum və ümumxalq təşəbbüsü kimi vasitələrlə vətəndaşların siyasi proseslərə təsiri qanunvericiliklə tənzimlənir və bu da xalq suverenliyinin əsasını təşkil edir. Xalq hakimiyyəti, demokratik idarəetmə prinsipinə əsaslanır və dövlətin idarə olunmasında xalqın ən yüksək hakimiyyət sahibi olduğunu nəzərdə tutur. Bu prinsip, Azərbaycan Respublikasının Konstitusiyasının əsaslarını təşkil edən dəyərlərdən biridir. Konstitusiyaya görə, bütün dövlət hakimiyyəti xalqdan qaynaqlanır və vətəndaşlar öz iradələrini müxtəlif vasitələrlə, xüsusilə də bilavasitə və seçkilər yolu ilə ifadə edirlər. Demokratiyanın ikinci aparıcı forması isə seçilmiş nümayəndələr vasitəsilə xalqın adından mandat almış millət vəkilləridir ki, məhz onlar periodik olaraq xalqı təmsil etmək səlahiyyəti əldə edirlər. 1995-ci il Konstitusiyası bilavasitə demokratiya vasitəsilə vətəndaşların maraq və tələblərini ifadə etməsinə hüquqi zəmin yaratmışdır. Konstitusiyanın 2-ci maddəsinə əsasən, xalq öz suveren hüquqlarını həm bilavasitə, həm də nümayəndəli formada, seçkili nümayəndələr vasitəsilə  həyata keçirə bilər. Bu da xalq hakimiyyətinin hüquqi təminatını və demokratik mexanizmlərlə balanslaşdırılmasını təmin edir.

Xalq hakimiyyəti həmçinin vətəndaşların hüquq və azadlıqlarını qorumaq, onları təmsil etmək və onların iradəsini həyata keçirmək üçün dövlət orqanlarını seçmək imkanını verir. Vətəndaşlar birbaşa və ya seçkilər vasitəsilə öz nümayəndələrini seçir və bu nümayəndələr xalqın iradəsini dövlətin qanunvericilik və icra hakimiyyəti orqanlarında təmsil edirlər. Bu prinsipin tətbiqi, qanunlar, seçkilər və digər demokratik proseslər vasitəsilə həyata keçirilir. Xalq hakimiyyəti yalnız dövlətin rəhbərliyini deyil, həm də cəmiyyətin hüquq və etik prinsipləri əsasında idarə olunmasını təmin edir. Beləliklə, xalqın iradəsi hər bir hüquqi və siyasi qərarda üstünlük təşkil edir və dövlət orqanları yalnız xalqın tələbləri və istəkləri ilə əlaqəli fəaliyyət göstərməlidir.

Xalqın öz hakimiyyətini birbaşa həyata keçirməsi və özünü ifadə etmə bacarığı ölkədə demokratik inkişafın əsas göstəricilərindən biridir. Buna görə də, xalqın hakimiyyətini realizə edən birbaşa və nümayəndəli institutların fəaliyyəti, konstitusion-hüquqi tənzimləmələr və digər normativ sahələrdə xalqın subyektiv mövqeyini və iradəsini ifadə etmə imkanları yaranır. Başqa sözlə, siyasi hakimiyyətin formalaşmasında iştirak edən siyasi fiqurlar və aktyorların demokratik proseslərə birbaşa təsir etmə qabiliyyəti dövlətin siyasi, iqtisadi, sosial və mədəni inkişaf sürətindən asılıdır.

Konstitusiya istənilən halda dövlət, cəmiyyət və şəxsiyyət arasında baş verən münasibətlərin konstitusion hüquqi aspektdən normativ tənzimlənməsini əhatə edir. Məhz bu normalar siyasi, iqtisadi, sosial, mədəni və mənəvi dəyərlər sistemini özündə etdiyi üçün Konstitusiyanın qəbulundan sonra bu müddəalar ictimai münasibətləri dəqiq tənzimləməyə, və ümumiyyətlə tənzimləməyə bilər. Müvafiq zaman kəsiyində öz aktuallığını itirmə hallarında həmin müddəaların ölü normaya çevrilməməsi üçün, ümumxalq səsverməsi qaydasında bu konstitusion hüquqi xarakter daşıyan bu maddələrin dəyişdirilməsi və ya düzəlişlər edilməsi zərurəti ortaya çıxır. Qeyd etmək tamamilə yerinə düşər ki, Azərbaycan Respublikasında ölkəmizdə Ulu öndərimizin prezident olduğu dönəmlərdə apardığı uğurlu siyasət və dövlət quruculuğu sahəsində geniş miqyaslı islahatlar nəticəsində, habelə bu siyasi vektorların prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, bir sıra fundamaental dəyişikliklərin və yeni konstitusion münasibətləri formalaşmasını zəruri edən amillər Konstitusiyamızda bir sıra dəyişiklikləri edilməsi tələbini ortaya atmışdı. Məhz bu kimi faktorlara görə üç dəfə Azərbaycan Respublikasının Konstitusiyasında ümumxalq səsverməsi yolu ilə üç dəfə əlavə və dəyişikliklər edildi.

AR-da ən mühüm siyasi hadisələrdən biri də 12 noyabr 1995-ci ildə AR Konstitusiyasının qəbulu olmuşdur ki, bu sayca Azərbaycan Respublikasının tarixində dördüncü referendum qismində konstitusion referendum kimi qəbul edilmişdir. İlk konstitusion referendumda aşağıdakı məsələ qoyulmuşdu: Siz Azərbaycan Respublikası  Prezidenti H. Əliyevin başçılıq etdiyi komissiya tərəfindən verilən, AR-ın ilk milli Konstitusiya layihəsini qəbul edirsinizmi? 81,6% seçici fəallığı ilə müşayiət olunan кeferendumda nəticə 91,9% lehinə, 6,6% isə əleyhinə olaraq başa çatmaqla Prezident H.Ə. Əliyev tərəfindən təşkil edilmiş bu komissiya öz işini demək olar ki, uğurla başa çatdırdı. Azərbaycanın tarixində baş tutan ilk demokratik Konstitusiyanın qəbulu məhz 1995-ci il, 12 noyabr tarixli referendumunda qəbul edildi və həmin ilin noyabr 27-də isə hüquqi qüvvəyə mindi.

24 avqust 2002-ci il tarixində keçirilən referendumun hüquqi əsasları və məzmunu bundan ibarət idi ki, Azərbaycan Respublikasında ilk dəfə qüvvədə olan Konstitusiyada dəyişikliklərin edilməsi prosesi, son dövrlərdə müşahidə olunan sürətli siyasi, hüquqi, sosial-iqtisadi və mədəni inkişaf fonunda zəruri hala gəlmişdir. Bu çərçivədə, Azərbaycanda sayca beşinci referendum 24 avqust 2002-ci il tarixində keçirilmişdir. Konstitusiyaya dəyişikliklərin edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsi və 153-cü maddəsinə əsaslanaraq, referendum keçirilməsi üçün hüquqi prosedurlara əməl edilməklə zəruri tədbirlər görüldü. Belə ki, Konstitusiyaya dəyişikliklərə dair Azərbaycan Respublikasının Prezidenti Referendum Aktının layihəsinə rəy verilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (AR KM) 14 iyun 2002-ci il tarixli 1/287 saylı müraciət ünvanlandı. AR Konstitusiya Məhkəməsi bu müraciəti xüsusi konstitusion icraat qaydasında Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə uyğun olaraq, müzakirə etmək üçün açıq məhkəmə iclasında araşdıraraq, referenduma çıxarılan məsələlərə dair rəy vermişdir. Həmin referenduma çıxarılan məsələlərin, xüsusən də dəyişikliklərin əsas mahiyyəti bundan ibarət idi ki,  Konstitusiyanın bir sıra normalarının dəqiqləşdirilsin və ictimai münasibətlərdə durğunluğa səbəb olan normativ müddəalar aradan qaldırılmasın və onlar əsasən ölkədə ictimai və siyasi xarakterli münasibətlərin dəqiq tənzimlənməsi üçün şərait yaratsın. Konstitusiyanın 24 maddəsinə ümumilikdə 31 əlavə və dəyişiklik edilməsi ilə müşayiət olunan bu referendum nəticəsində bir sıra konstitusion hüquqi məsələlərə aydınlıq gətirildi. Bu dəyişikliklərin əsas məqsədi isə səkkiz istiqamət üzrə konstitusion müddəaların təkmilləşdirilməsi və beynəlxalq hüquqi standartlara uyğunlaşdırılması olmuşdur: Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin konfiqurasiya olunması; Konstitusiyanın III fəslində nəzərdə tutulan insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə mexanizminin təkmilləşdirilməsi – bu, xüsusilə Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Konvensiyasına qoşulmasından irəli gələn öhdəliklərlə əlaqəli idi; AR-da referendumların keçirilməsini istisna edən normativ müddəaların aradan qaldırılması; Azərbaycan Respublikası Milli Məclisi seçkilərinin normativ əsaslarla tənzimlənməsi; Azərbaycan Respublikası Prezident seçkilərinə dair bəzi müddəaların daha dəqiq ifadə olunması; Dövlət hakimiyyət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və idarəetmənin effektivliyinin artırılması; Məhkəmə hakimiyyətinin institusional əsaslarla gücləndirilməsi və hüquqi mexanizmlərinin inkişaf etdirilməsi; Digər zəruri və aktual hüquqi dəyişikliklər.

Bu dəyişikliklər Konstitusiya müddəalarının hüquqi tənzimlənməsi sahəsində mühüm addım kimi qiymətləndirilə bilər. Xüsusilə qeyd olunmalıdır ki, bu dəyişikliklər bir sıra institusional transformasiyaları da ehtiva etmişdir və bu baxımdan Azərbaycan Respublikası qanunvericiliyi üçün müsbət presedent yaratmışdır.

Bu referenduma daxil edilən ən mühüm və diqqətçəkən dəyişikliklərdən biri, Konstitusiyanın 83-cü maddəsində “proporsional seçki sistemi” ifadəsinin çıxarılaraq onun “seçki sistemləri” ilə əvəz olunması olmuşdur. Beləliklə, seçki sistemlərinin tətbiqində çeviklik təmin edilmiş və yalnız bir modelə bağlılıq aradan qaldırılmışdır.

Nəzəri cəhətdən proporsional seçkilər daha demokratik institut kimi qiymətləndirilsə də, həmin dövrdə AR-da siyasi partiya ənənələrinin yetərincə inkişaf etməməsi, siyasi partiyaların tam formalaşmaması və seçici siyahılarının partiya namizədlərinə əsaslanan şəkildə təşkili imkanlarının məhdud olması səbəbindən bu sistemin tətbiqinin obyektivliyinə dair haqlı suallar ortaya çıxmışdı. Eyni zamanda, seçici korpusunun siyasi baxımdan təşkili zəif səviyyədə olduğundan, proporsional sistemin effektivliyi sual altına düşürdü.

Bütün bunlar onu göstərir ki, proporsional seçki sisteminin effektiv və mütərəqqi nəticə verməsi üçün uzunmüddətli siyasi hazırlıq və institusional inkişaf tələb olunur. Bu səbəbdən, həmin dövr üçün yalnız majoritar seçki sisteminin tətbiqi daha praktik və real yanaşma kimi dəyərləndirilmişdir.Maraqlı burasıdır ki, AR-da son onilliklərdə baş verən siyasi, iqtisadi, sosial və mədəni inkişaf prosesləri AR Konstitusiyasında bir sıra əlavə və dəyişikliklərin edilməsini də gündəmə çıxarmışdı. AR KM, AR Konstitusiyasının 130-cu maddəsinin VIII hissəsinə uyğun olaraq AR MM-in Konstitusiyanın 153-cü maddəsinin tələblərinə müvafiq olaraq AR Konstitusiyasına dəyişikliklər edilməsi haqqında AR Referendum Aktı barəsində layihəyə rəy verilməsi haqqında xüsusi konstitusion icraat qaydasında 19 dekabr 2008-ci il tarixli 745-saylı qərar əsasında işə baxdı və AR MM-in AR Konstitusiyasında dəyişikliklər edilməsi haqqında təkliflərlə əlaqədar rəy verdi.

AR KM-nin Plenumu Referendum Aktı layihəsinə KM-də baxılmasını zəruri hesab etmişdir. AR-da referendum institutunun tətbiqi üçün hüquqi əsaslar AR Konstitusiyasının 2-ci maddəsinin I və II hissəsində, 3-cü maddənin I, II, III hissələrində, bundan başqa 11-ci maddənin III hissəsində öz əksini tapmışdır. AR Konstitusiyasının 153-cü maddəsində isə konstitusiya hüquq normalarında dəyişikliklərin edilməsi qaydası nəzərdə tutulur. AR MM öz konstitusion səlahiyyətlərindən istifadə etməklə 19 dekabr 2008-ci il tarixli 745-IIIQR saylı qərarı qəbul edərək, AR Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında təklifi ilə Referendum Aktının layihəsini rəy alınması üçün AR KM-ə göndərmişdir. Həmin Referendum Aktının layihəsində 29 maddədə 41 dəyişiklik təklif olunmuşdu. AR Konstitusiyasında dəyişiklikləri AR MM və ya AR Prezidenti təklif etdikdə, AR Konstitusiyasının 153-cü maddəsinə uyğun olaraq, təklif edilən müddəalara dair öncədən AR Konstitusiya Məhkəməsinin rəyi alınır. Həmin rəyin çıxarılması üçün Konstitusiya Məhkəməsi haqqında AR Qanununun 61.4-cü maddəsinə əsasən KM AR Konstitusiyasının 155-ci maddəsinin tələbləri çərçivəsində, AR KM bu məsələ haqqında əsaslandırılmış rəy qəbul edir. 18 mart 2009-cu il tarixli Referendum Aktının layihəsi üzrə AR KM Plenumu hesab etmişdir ki, referenduma çıxarılan təklifləri əhatə edən normalar ictimai münasibətləri daha müsbət istiqamətdə tənzimləyəcək. Bu referendumda dövlətin sosial xarakterli islahatlar aparmasını, insan və vətəndaş hüquq və azadlıqlarının daha da təkmilləşdirilməsi və müdafiə mexanizminin daha da genişləndirilməsi, dövlət hakimiyyət orqanlarını, o cümlədən icra və məhkəmə orqanlarını, habelə bələdiyyələrin statusunun həcminin artırılması və məsuliyyət müəyyən edilməsi kimi məsələlər gündəmə çıxarılmışdı. Referenduma çıxarılan məsələlər AR KM tərəfindən təkliflərin məqsədə uyğunluğunu təsdiq etmiş və bütün təkliflərin hamısının ümumxalq səsverməsinə çıxarılmasının məqsədə müvafiq olduğuna hüquqi qiymət vermişdir. Məhz buna görə də AR Konstitusiyasının 130-cu maddənin VIII hissəsi, 153-cü maddəsi və Konstitusiya Məhkəməsi haqqında AR Qanununun 61-63, 65-67 və 69-cu maddələrini AR KM Plenumu əsas tutaraq, Konstitusiyada dəyişikliklər edilməsi ilə əlaqədar rəy verilməsi haqqında qərar qəbul etmişdir. 18 mart 2009-cu tarixli referendumda iştirak edənlər səsvermədə qoyulmuş tələblərdən daha yüksək fərq nümayiş etdirmişdilər, belə ki, seçicilər səsvermədə 71,8% seçici fəallığının müşayiəti ilə 91,7% nəticə əldə olunmuşdu. AR Prezidentinin növbəti 26 iyul 2016-cı ildə qəbul etdiyi Sərəncam (2241 saylı) əsasında Konstitusiyada dəyişiklik edilməsi üzrə Referendum Aktının layihəsi 26 sentyabr 2016-cı ildə ümumxalq səsverməsinə çıxarılmaqla, 42 maddədə 29 dəyişiklik edildi.

Konstitusiyaya edilən dəyişikliklərin içərisində, AR-ın 40 min seçki hüququ olan vətəndaşına bilavasitə demokratik xarakter daşıyan qanunvericilik təşəbbüsü hüququnun verilməsi mütərəqqi yanaşmadır. Belə ki, AR Konstitusiyasının 96-cı maddəsinin I hissəsində təsbit edilən, qanunvericilik təşəbbüsü irəli sürmə hüququna müsbət demokratik yanaşma və dinamika kimi qiymət verilməlidir. Lakin qanunvericilik təşəbbüsü hüququ ilə, qanunvericilik referendumu kimi anlayışlar eyniyyət daşımır və onlar bir-birindən fərqləndirilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsinin I və II hissəsələrinə, 3-cü maddənin I, II, III, eyni zamanda 11-ci maddənin III hissəsinə uyğun olaraq, referendum və plebisitin keçirilməsi üçün hüquqi əsaslar Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinə istinadən dəyişikliklərin edilməsi qaydası nəzərdə tutulur.

AR Milli Məclisi 19 dekabr 2008-ci il tarixli 745-IIIQR saylı qərarı əsasında, öz konstitusion səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında rəy alınması üçün hazırladığı Referendum Aktının layihəsinin təklifi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etdi. Referendum Aktının layihəsində  Konstitusiyanın 29 maddədə 41 dəyişiklik təklif olunmuşdu.

AR Konstitusiyasında dəyişiklikləri AR MM və ya AR Prezidenti təklif etdikdə, AR Konstitusiyasının 153-cü maddəsinə uyğun olaraq, təklif edilən müddəalara dair öncədən AR KM-in rəyi alınır. Həmin rəyin çıxarılması üçün Konstitusiya Məhkəməsi haqqında AR Qanununun 61.4-cü maddəsinə əsasən KM AR Konstitusiyasının 155-ci maddəsinin tələbləri çərçivəsində, AR KM bu məsələ haqqında əsaslandırılmış rəy qəbul edir. 18 mart 2009-cu il tarixli Referendum Aktının layihəsi üzrə AR KM Plenumu hesab etmişdir ki, referenduma çıxarılan təklifləri əhatə edən normalar ictimai münasibətləri daha müsbət istiqamətdə tənzimləyəcək. Bu referendumda dövlətin sosial xarakterli islahatlar aparmasını, insan və vətəndaş hüquq və azadlıqlarının daha da təkmilləşdirilməsi və müdafiə mexanizminin daha da genişləndirilməsi, dövlət hakimiyyət orqanlarını, o cümlədən icra və məhkəmə orqanlarını, habelə bələdiyyələrin statusunun həcminin artırılması və məsuliyyət müəyyən edilməsi kimi məsələlər gündəmə çıxarılmışdı. Referenduma çıxarılan məsələlər AR KM tərəfindən təkliflərin məqsədə uyğunluğunu təsdiq etmiş və bütün təkliflərin hamısının ümumxalq səsverməsinə çıxarılmasının məqsədə müvafiq olduğuna hüquqi qiymət vermişdir .

Məhz buna görə də AR Konstitusiyasının 130-cu maddənin VIII hissəsi,  153-cü maddəsi və Konstitusiya Məhkəməsi haqqında AR Qanununun 61-63, 65-67 və 69-cu maddələrini AR KM Plenumu əsas tutaraq, Konstitusiyada dəyişikliklər edilməsi ilə əlaqədar rəy verilməsi haqqında qərar qəbul etmişdir. 18 mart 2009-cu tarixli referendumda iştirak edənlər səsvermədə qoyulmuş tələblərdən daha yüksək fərq nümayiş etdirmişdilər, belə ki, seçicilər səsvermədə 71,8% seçici fəallığının müşayiəti ilə 91,7% nəticə əldə olunmuşdu [1]. AR Prezidentinin növbəti 26 iyul 2016-cı ildə qəbil etdiyi Sərəncam (2241 saylı) əsasında Konstitusiyada dəyişiklik edilməsi üzrə Referendum Aktının layihəsi 26 sentyabr 2016-cı ildə  ümumxalq səsverməsinə  çıxarılmaqla, 42 maddədə 29 dəyişiklik edildi.

Konstitusiyaya edilən dəyişikliklərin içərisində, AR-ın 40 min seçki hüququ olan vətəndaşına bilavasitə demokratik xarakter daşıyan qanunvericilik təşəbbüsü hüququnun verilməsi mütərəqqi yanaşmadır,  Belə ki, AR Konstitusiyasının 96-cı maddəsinin I hissəsində təsbit edilən, qanunvericilik təşəbbüsü irəli sürmə hüququna müsbət demokratik yanaşma və dinamika kimi qiymət verilməlidir. Lakin qanunvericilik təşəbbüsü hüququ ilə, qanunvericilik referendumu kimi anlayışlar eyniyyət daşımır və onlar bir-birindən fərqləndirilməlidir.

Yekun olaraq onu əlavə edə bilərik ki, Azərbaycan Respublikası Konstitusiyasında insan və vətəndaşın əsas hüquq və azadlıqlarının konstitusion müstəvidə təmin edilməsi, dövlət hakimiyyəti orqanlarında demokratik islahatların həyata keçirilməsi, Milli Məclisin və icra hakimiyyətinin fəaliyyətinin, habelə seçki sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə 24 avqust 2002-ci il tarixdə ümumxalq referendumu keçirilmişdir. Bu referendum nəticəsində insan hüquq və azadlıqlarının daha səmərəli şəkildə həyata keçirilməsi, ombudsman təsisatının təşkili və fəaliyyəti ilə bağlı bir sıra mühüm müddəalar Konstitusiyada əks olunmuşdur. İlk dəfə olaraq vətəndaşlara hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanı verilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasında mətbuat azadlığı və əlaqədar məsələlərin kompleks şəkildə tənzimlənməsini təmin edən mühüm hüquqi normalar mövcuddur. Qanunvericiliyə əsasən, kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağan edilmişdir. Bu sahədə qəbul olunmuş mühüm normativ-hüquqi sənədlərdən biri də 31 iyul 2008-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”dır. Konsepsiyanın III bölməsində informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin prinsipləri və formaları müəyyənləşdirilmişdir. Burada qeyd olunur ki, bu dəstək qanunçuluq, şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət, KİV-in müstəqilliyinin qorunması, fəaliyyətə müdaxilənin istisna olunması, yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması, KİV-in inhisarlaşmasının qarşısının alınması, ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi, regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi prinsipləri əsasında həyata keçirilir. Konsepsiya həmçinin bu sahədə dəstəyin metodiki, təşkilati-texniki, konsultativ, maliyyə və digər formalarda göstərilməsini nəzərdə tutur. Qeyd olunan prinsip və normalar mətbuat azadlığı sahəsində beynəlxalq standartların milli qanunvericiliyə implementasiyası ilə yanaşı, icraedici hakimiyyətin də bu prosesdə fəal iştirakını təmin edir.

2003-cü ilin oktyabrında prezident səlahiyyətlərinin icrasına “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” bəyanatı ilə başlayan dövlət başçısı cənab İlham Əliyev, ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu hüquqi islahatları keyfiyyətcə yeni mərhələdə inamla davam etdirmişdir. Prezidentin 17 iyun 2007-ci il tarixli Fərmanı ilə 18 iyun “İnsan Hüquqları Günü” elan olunmuşdur. Qeyd edilməlidir ki, hələ 1998-ci ilin 18 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Ötən illər ərzində insan hüquqlarının müdafiəsinin səmərəli təşkili daim diqqət mərkəzində saxlanılmışdır. Bu sahədə atılmış mühüm addımlardan biri də dövlət başçısının 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” olmuşdur. Bu sənəd, növbəti illərdə insan hüquqlarının beynəlxalq standartlara uyğun təminatı, beynəlxalq təşkilatlarla əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, elmi-analitik fəaliyyətin təşviqi, hüquqi maarifləndirmənin genişləndirilməsi və dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində konkret vəzifələr müəyyənləşdirmişdir.

Ötən illər ərzində insan hüquqlarının müdafiəsinin səmərəli təşkili məsələsi daim diqqət mərkəzində saxlanılmışdır. Bu istiqamətdə mühüm addımlardan biri də dövlət başçısının 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” olmuşdur. Bu sənəd növbəti illərdə insan hüquqlarının beynəlxalq standartlara uyğun təmin olunması, beynəlxalq təşkilatlarla əməkdaşlıq strategiyasının hazırlanması və icrası, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, elmi-analitik fəaliyyətin təşviqi, hüquqi maarifləndirmənin genişləndirilməsi və dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində konkret vəzifələr müəyyənləşdirmişdir.

Hər bir ölkədə hüquqi islahatların effektivliyi, ilk növbədə, həmin dövlətin konstitusion quruluşunun mahiyyəti ilə müəyyən olunur. Hüquq sisteminin əsasını təşkil edən konstitusiyanın demokratik prinsiplərə və ümumbəşəri dəyərlərə uyğunluğu, öz əksini qanunvericiliyin liberallığında və insan hüquqlarının maksimum təmin olunmasında tapır. Bu kontekstdə, son dövrlərdə keçirilmiş ümumxalq referendumları vasitəsi ilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər xüsusi əhəmiyyət kəsb edir. Həmin dəyişikliklər əsasən, dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatının dəqiqləşdirilməsinə, bu hüquqların əhatə dairəsinin və hüdudlarının müəyyən olunmasına, ali hakimiyyət orqanlarının səlahiyyət və məsuliyyətlərinin konkretləşdirilməsinə, yerli özünüidarəetmə qurumlarının məsuliyyətinin artırılmasına yönəlmişdir. Referendum nəticəsində Konstitusiyada təsbit edilmiş dəyişikliklərə aşağıdakı məsələlər daxil edilmişdir: vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, ətraf mühitin qorunması, mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsi, şəxsi həyatın müdafiəsi, dini etiqad və əqidə azadlığının sərbəst ifadə olunması, fərdi və qrup halında hüquqların təminatı, məhkəmə hakimiyyəti üzərində ictimai nəzarətin gücləndirilməsi, icra və qanunverici orqanların fəaliyyətinin daha səmərəli təşkili və digər geniş spektrli məsələləri və. s məslələrin vasitəsilə ictimai həyatımızda köklü dəyişikliklərə nail ola bilmişik ki, bu da gəlcək nəsillərin daha mühafizə edici normaların təsiri altında fəaliyyətə qoşulmalarına təminat verir.

Biz bu gün də Ümummilli Liderin Azərbaycan xalqı üçün verdiyi örnəkləri  və idarəçilikdə verdiyi töhfələri  tətbiq edərək gələcəyə doğru uğurla irəliləyirik. Bu isə xalqımızın öz tarixində əldə etdiyi, Heydər Əliyev kimi şəxsiyyətlərin ona bəxş etdiyi ən böyük nemətdir!

Azərbaycan Respublikası DövləStatistika Komitəsi, Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin kadrlar üzrə mütəxəssisi:  Günel Məmmədova

e.mail: gunel.mammadova@stat.gov.az