Ukraynalı əsgərlərlə Qubada görüş keçirilib

Ukraynali esgerlerle Qubada gorus kecirilib
Rusiya-Ukrayna müharibəsi zamanı Rusiyaya əsir düşmüş, sonradan azad edilən və hazırda ölkəmizdə sanator şəraitində müalicə alan ukraynalı əsgərlərlə Qubada görüş keçirilib. Zeferinfo.az xəbər verir ki, görüş Quba rayonunun millət vəkili Əlibala Məhərrəmzad və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Quba rayon filialının təşkilatçılığı ilə baş tutub.
Görüş çərçivəsində əvvəlcə Quba rayonunun Şəhidlər xiyabanı və Şəhidlər muzeyi ziyarət olunub. Daha sonra iştirakçılar üçün çay süfrəsi təşkil edilib, səmimi söhbətlər aparılıb, qarşılıqlı tanışlıq və qonaqpərvərlik mühiti yaradılıb.
Tədbir çərçivəsində hər iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim edib.
Bu cür təşəbbüslər ölkəmizin humanist mövqeyinin və beynəlxalq həmrəyliyə verdiyi önəmin bir daha təzahürüdür.