Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verdi
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk vəzifəsindən istefa verib.
Zeferinfo.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu məqsədlə onu qəbul edib.
Ukrayna dövlət başçısı xidməti vəzifəsini vicdanla yerinə yetirdiyinə görə Vasili Malyuka təşəkkür edib.