Ukrayna prezidenti hərbi vəziyyətin ləğvi üçün əsas şərti açıqlayıb

Ukrayna prezidenti herbi veziyyetin legvi ucun esas serti aciqlayib
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkədə hərbi vəziyyət yalnız real təhlükəsizlik zəmanətləri əldə edildikdən sonra ləğv edilə bilər.

Zeferinfo.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, o bunu jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

"Hamımız müharibənin bitməsini istəyirik. O zaman hərbi vəziyyətin tətbiqi də başa çatacaq. Lakin bu, Ukraynanın təhlükəsizlik zəmanətləri əldə etdiyi zaman olacaq", - V.Zelenski vurğulayıb.

O izah edib ki, təhlükəsizlik zəmanətləri dedikdə təkcə siyasi bəyanatlar deyil, həm də praktiki mexanizmlər - tərəfdaşlar tərəfindən monitorinq və onların real iştirakı nəzərdə tutulur.

V.Zelenski əlavə edib ki, hərbi vəziyyətin ləğv edilməsi müddətləri həm də hərbi komandanlığın mövqeyindən asılı olacaq: "Bu məsələ artıq Ali Baş Komandanın Qərargahında müzakirə edilib. Komandanlıq təsdiq etməlidir ki, bütün infrastruktur hərbi vəziyyətin ləğvi üçün hazırdır".