Zeferinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin canlı yayımında Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova məlumat verib.
Onun sözlərinə görə, sözügedən tibb müəssisəsi barədə daxil olan məlumat əsasında dərhal plandankənar yoxlama aparılıb.
“Yoxlama zamanı məlum oldu ki, həmin mərkəzin fəaliyyət göstərmək üçün lisenziyası yoxdur, orada çalışan həkim reyestrdə qeydiyyata alınmayıb. Eyni zamanda, müəssisədə gigiyena qaydalarının pozulması faktları aşkar edilib”, – deyə T.Həsənova bildirib.
O əlavə edib ki, pozuntularla bağlı protokol tərtib olunub.