Layihənin əsas məqsədi Qərbi Azərbaycanın mədəni və tarixi irsinin tanıdılması, bu irsin gənc nəslə və beynəlxalq auditoriyaya çatdırılmasıdır. Layihə çərçivəsində Türkiyənin Ərzincan bölgəsində beynəlxalq forumun keçirilməsi nəzərdə tutulub.
Layhə rəhbəri Nahid Canbaxışlı bildirib ki, forum Ərzincan Binəli Yıldırım Universitetində baş tutacaq. Layhə rəhbəri qeyd edib ki, Ərzincan Universitetinin rəhbərliyi və professor-müəllim heyəti layihəyə xüsusi maraq göstərməsi xüsusi önəm kəsb edir və bizimlə əməkdaşlıq etmək niyyətləri bizim üçüm daha da sevindirici olmaqla yanaşı eyni zamanda layhənin nüfuzunu artıracaq, layihənin Türkiyə ictimaiyyətində daha geniş rezonans doğurmasına imkan verəcəkdir.
Qeyd edək ki, layhənin tərəftaşları Türkiyə İnternet Mediya Birliyi və Binəli Yıldırım adına Ərzincan Univeristetidir.