Üç il ərzində səhiyyə sistemində vahid yanaşma olacaq - NAZİR
Zeferinfo.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Eyni zamanda dövlət müəssisələrindəki radioloji və laborator xidmətlərin özəl qurumlarla əməkdaşlıq əsasında təşkilinə dair suallar da verildi. Qeyd etmək istəyirəm ki, Səhiyyə Nazirliyinin tabeliyində olan 9 elmi-tədqiqat institutu daxilində bu xidmətlər həmin müəssisələrin bölmələri tərəfindən həyata keçirilir və əldə olunan gəlir birbaşa həmin institutlara məxsusdur. Bu gəlirlər də əsasən əməkhaqqı əlavələrinin və həkimlərin rifahının təmin edilməsinə yönəlir” - deyə nazir bildirib.
Nazir vurğulayıb ki, vahid yanaşmanın təmin olunması üçün artıq layihə hazırlanaraq aidiyyəti qurumlara göndərilib. Qısa müddətdə bu yanaşmanın tətbiq ediləcəyini və bu sahədəki sualların gündəmdən düşəcəyini düşünürük.