TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilir

Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilir.
Zeferinfo.az xəbər verir ki, iclasda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızstan, Türkiyə, Özbəkistan, Şimali Kipr Türk Respublikasından, eyni zamanda, TÜRKPA Katibliyindən nümayəndələr iştirak edir.
Tədbirdə “İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri” müzakirə ediləcək.