Türkiyənin vitse-prezidenti Qırğızıstanda səfərdədir

Turkiyenin vitse-prezidenti Qirgizistanda seferdedir

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Qırğızıstana rəsmi səfərə gəlib.

Zeferinfo.az xəbər verir ki, yüksək vəzifəli qonağı Manas Beynəlxalq Hava Limanında Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev qarşılayıb.

Səfər çərçivəsində Türkiyənin vitse-prezidentinin Qırğızıstan Prezidenti Sadır Japarov və Adılbek Kasıməliyevlə görüşü nəzərdə tutulub.

Bundan əlavə, Adılbek Kasıməliyev və Cevdet Yılmazın sədrliyi ilə Qırğızıstan-Türkiyə Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası, eləcə də Qırğızıstan-Türkiyə Biznes Forumu keçiriləcək.

Həmçinin sentyabrın 18-də Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşü keçiriləcək. Toplantıda digər üzv ölkələrlə yanaşı, Azərbaycan Baş naziri Əli Əsədov da iştirak edəcək.