Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi rəsm sərgisi kerçirəcək

Turkiyedeki Azerbaycan Medeniyyet Merkezi resm sergisi kercirecek

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi Ankara Rəsm və Heykəllər Muzeyi ilə birgə layihə əsasında Azərbaycanda "Konstitusiya və Suverenlik ili", habelə Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyi münasibəti ilə Türkiyədə yaşayan Azərbaycanlı rəssamların əsərlərindən ibarət “Suverenliyimizə qovuşduran şanlı zəfər” adlı sərgi keçiriləcək.

Zeferinfo.az xəbər verir ki, Təşkilat Komitəsi nümayiş etdiriləcək əsərlərin seçilməsini həyata keçirəcək. Sərgiyə təqdim olunacaq dəyərli əsərlərin Azərbaycan və Türkiyənin muzeylərinə qalıcı eksponat kimi göndərilməsi nəzərdə tutulub.

Sərginin Türkiyənin Ankara və İstanbul şəhərlərində il ərzində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Türkiyədə çox sayda Azərbaycanlı sənət adamları, rəssamları yaşayır, aparıcı universitetlərdə, sənət mərkəzlərində fəaliyyət göstərir. Onların əsərləri beynəlxalq, yerli sərgilərdə nümayiş etdirilir, bir sıra rəsm qalereyalarının fondlarında saxlanılır.

Türkiyədə yaşayan Azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin keçirilməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Azərbaycan nişanələri dünyada” adlı layihəsinə əsasən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilir.

Back To Top