Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsinin "qara qutu"su zədələnib

Turkiyede qezaya ugrayan Liviya teyyaresinin "qara qutu"su zedelenib
Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsinin "qara qutu"su və səsyazan cihazı zədələnib.

Zeferinfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir bildirib ki, "qara qutu"nun araşdırılıması prosesi İngiltərədə icra olunacaq.

Qeyd edək ki, ötən ilin dekabrın 23-də Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan "9H-DFJ" nömrəli "Falcon 50" təyyarəsi Haymana yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan Liviya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddad, Liviya Quru Qoşunlarının komandanı, korpus generalı Futuri Qribel, Liviya Hərbi zavodlarının direktoru, briqada generalı Mahmud Cuma əl-Giteviy, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əssavi və fotoqraf Məhəmməd Ömər Əhməd Məhcub həlak olub.