Türkiyədə mikroavtobus qatarla toqquşub, 17 şagird yaralanıb

Türkiyənin Muş bölgəsində sərnişin qatarı ilə şagirdləri daşıyan mikroavtobus toqquşub.
Zeferinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə 17 şagird yaralanıb.
Yaralananların xəsarətinin yüngül olduğu bildirilir.
Qəzanın səbəbləri araşdırılır.