Türkiyədə məhkəmə İmamoğlu ilə bağlı qərar çıxardı

Turkiyede mehkeme Imamoglu ile bagli qerar cixardi
Türkiyədə İstanbul Böyüşşəhər Bələdiyyəsinə (meriya) qarşı aparılan istintaq çərçivəsində barəsində həbs qətimkan tədbiri seçilmiş Əkrem İmamoğlunun həbsinə qarşı apellyasiya şikayəti təmin olunmayıb.

Zeferinfo.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 8-ci Sulh Cəza Məhkəməsinin verdiyi qərara əsasən, İmamoğlu Silivridəki Mərmərə cəzaçəkmə müəssisəsində saxlanmağa davam edəcək.

Xatırladaq ki, mart ayında İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırması ilə bağlı aparılan istintaq nəticəsində aralarında İBB sədri Əkrəm İmamoğlu da olmaqla 18 nəfərlə bağlı həbs qətimkan tədbiri seçilmişdi.