Türkiyədə məhkəmə binasında PARTLAYIŞ

Turkiyede mehkeme binasinda PARTLAYIS
Türkiyənin Şanlıurfa bölgəsinin Haliliye rayonundakı məhkəmə binasında partlayış baş verib.

Zeferinfo.az xəbər verir ki, ilkin məlumatlara görə, məhkəmə binasının anbarında baş verən partlayış nəticəsində dörd nəfər yaralanıb.

Əraziyə çoxsaylı polis, yanğınsöndürmə və təcili tibbi yardım qrupları göndərilib. Təhlükəsizlik qüvvələri ərazidə tədbirlər görüb, hadisə yeri müstəntiqləri isə partlayışın səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıblar.