Türkiyədə İŞİD-ə qarşı əməliyyatda 3 polis əməkdaşı şəhid olub, 6 terrorçu zərərsizləşdirilib 

Turkiyede ISID-e qarsi emeliyyatda 3 polis emekdasi sehid olub, 6 terrorcu zerersizlesdirilib 
Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı şəhid olub.

Zeferinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, 8 polis əməkdaşı və bir mühafizəçi yaralanıb, 6 terrorçu zərərsizləşdirilib.