Türkiyədə 30-dan çox təşkilat Ermənistandakı “Metsamor” AES-in bağlanmasını tələb edir

Zeferinfo.az-ın xəbərinə görə, bu barədə “Enviromental Protection First” QHT koalisiyasının “Metsamor” AES-lə əlaqədar keçirdiyi brifinqdə koalisiyanın üzvü Sabit Bağırov bildirib.
O, Araz çayının Ermənistan tərəfindən məqsədli şəkildə çirkləndirilməsi məsələsinə toxunub: “Bu gün ölkəmizin ərazisi bütövlükdə risk altındadır. Söhbət nüvə təhlükəsindən gedir. İran İslam Respublikası da hələ fevral ayında bu məsələ ilə bağlı ciddi narahatlıq mesajları verib. Burada maarifləndirmə və mübarizə tədbirləri önə çıxmalıdır. Belə olan halda mətbuatın bu işdə rolu böyükdür. Mən eyni zamanda, üzləşdiyimiz nüvə təhdidləri ilə bağlı beynəlxalq qurumlar qarşısında ciddi şəkildə məsələ qaldırılmasını vacib sayıram. Məsələn, Türkiyədə 33 təşkilat yaranmış narahatlıqla bağlı həyəcan təbili çalıb. Ermənistan ərazisində 900-dən artıq dağ-mədən müəssisəsi fəaliyyət göstərməkdədir. Bu müəssisələrin 24-ü bilavasitə qiymətli metalların istehsalı və emalı üzrə ixtisaslaşıb".