Türkiyə xüsusi xidmət orqanları 216 nəfəri həbs edib

Turkiye xususi xidmet orqanlari 216 neferi hebs edib

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 216 nəfəri saxlayıb. Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya "X" (keçmiş Twitter) səhifəsində məlumat verib.

“İŞİD terror qruplaşmasına qarşı 45 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 216 nəfər saxlanılıb”, - nazir qeyd edib.