Ulusal.az xəbər verir ki, işgüzar səfərin əsas məqsədi Şimali Kipr Türk Cümhuriyyəti Şərqi Ağdəniz Universitetinin Azərbaycan universitetləri ilə əlaqələr qurması, tələbə mübadiləsi və Azərbaycandan olan tələbələrin ŞKTC-də təhsil alması üçün əməkdaşlığın əldə edilməsidir.
Heyət ŞKTC və Azərbaycan arasında təhsil sektorunun inkişafında dəyərli tərəfdaşlıqların qurulmasının təmin edilməsi məqsədi ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra təhsil qurumlarında görüşlər keçirəcək. Eyni zamanda ortaq layihələrlə təhsil keyfiyyətinin artmasına zəmin yaradılması üçün müəyyən tədbirlərin görüləcəyi də istisna edilmir.