Türkiyə və Azərbaycan hərbçiləri xüsusi dəniz minalarının quraşdırılması üzrə tapşırıqlar icra ediblər

Turkiye ve Azerbaycan herbcileri xususi deniz minalarinin qurasdirilmasi uzre tapsiriqlar icra edibler

Türkiyə və Azərbaycan hərbçiləri  xüsusi dəniz minalarının quraşdırılması üzrə tapşırıqlar icra ediblər
Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən "SAT-SAS-2024" birgə təlimində növbəti tapşırıqlar icra olunub.

Bu barədə Zeferinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin planına əsasən, hər iki ölkənin dəniz xüsusi təyinatlı bölmələri kustar üsullarla hazırlanmış partlayıcıların təhlükəsizlik tədbirləri nəzərə alınmaqla zərərsizləşdirilməsi, həmçinin şərti düşmənin hədəf gəmisinə sualtı gizli yaxınlaşaraq xüsusi dəniz minalarının quraşdırılması üzrə tapşırıqları yerinə yetiriblər.

Birgə təlimdə əsas diqqət hərbi qulluqçuların nəzəri biliklərinin artırılmasına, praktiki vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.