Türkiyə səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Turkiye sefirliyi Dovlet Suverenliyi Gunu munasibetile Azerbaycani tebrik edib
Türkiyənin Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib.

Zeferinfo.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesablarında paylaşım edilib:

"Qardaş Azərbaycanı 20 sentyabr Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik" – deyə qeyd olunub.