Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi

Turkiye sefirliyi Azerbaycana bassagligi verdi
 
Türkiyənin Bakıdakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayevin xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində minaya düşərək həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Zeferinfo.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb.

“Mərhumun ailəsinin kədərini paylaşırıq. Can Azərbaycan xalqına başsağlığı veririk”, – paylaşımda qeyd edilib.