Türkiyə Prezidenti: İstanbulu yenidən Ukrayna-Rusiya sülhünün müzakirə olunduğu mərkəz halına gətirməyə hazırıq

Turkiye Prezidenti: Istanbulu yeniden Ukrayna-Rusiya sulhunun muzakire olundugu merkez halina getirmeye haziriq
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin getdikcə Türkiyə üçün çətinləşən bir vəziyyətə çevrildiyini bildirib.

Zeferinfo.az "Haber Global"a istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə "Bloomberg"ə müsahibəsində bildirib.

R.T.Ərdoğan Rusiya gəmilərinin boğazlar vasitəsilə Qara dənizə keçidini məhdudlaşdırmasına da toxunub.

O, müharibənin mümkün sülh prosesindən də danışıb.

"Türkiyə İstanbulu yenidən Ukrayna və Rusiya arasında sülhün müzakirə olunduğu mərkəz halına gətirməyə hazırdır. Biz həm Vladimir Putinlə, həm Volodimir Zelenski ilə birbaşa danışa bilən, eyni zamanda Vaşinqton, Brüssel xəttində NATO və BMT nəzdində təşəbbüslər göstərə bilən güclü və balanslı diplomatik əlaqələr qura bilən yeganə aktoruq".