Türkiyə MN: Heydər Əliyevi vəfatının 21-ci ildönümündə rəhmət və hörmətlə anırıq
![Turkiye MN: Heyder Eliyevi vefatinin 21-ci ildonumunde rehmet ve hormetle aniriq](https://zeferinfo.az/uploads/2024/12/1-749.jpg)
Türkiyə Milli Müdafiə Nazirliyi "Bir millət, iki dövlət" deyərək qardaş iki ölkə xalqının birlik və bərabərliyini möhkəmləndirən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi vəfatının 21-ci ildönümündə rəhmət və hörmətlə anır.
Zeferinfo.az xəbər verir ki, bu barədə qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.
O həmçinin bildirib ki, Türkiyə Silahlı Qüvvələri Şimali Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina və Qətər başda olmaqla qardaş, dost və müttəfiq ölkələrin haqq davalarına dəstək verməyə davam edir.